- Qoşulub
- 23 Fevral 2026
- Mesajlar
- 18
Təqdim olunan cədvəllərdə fiziki şəxslər arasında alqı-satqı zamanı nəqliyyat vasitələrinin təkrar qeydiyyatı üçün tətbiq edilən rüsumlarla tanış ola bilərsiniz.
Qeydiyyat zamanı 2 vacib rüsumun ödənilməsi mütləqdir:
1. Cədvəldə göstərilən rüsum: nəqliyyat vasitəsinin mühərrik həcminə (sm³) və istehsal ilinə görə hesablanan məbləğ.
2. Qeydiyyat şəhadətnaməsi ("texpasport") rüsumu: alqı-satqı zamanı mülkiyyətçi dəyişdiyi və qeydiyyat şəhadətnaməsi yeniləndiyi üçün 30 AZN məbləğində rüsumun ödənilməsi mütləqdir.
Bunlardan əlavə, şəraitdən asılı olaraq aşağıdakı ödənişlər də nəzərə alınmalıdır:
Nömrə dəyişdirilərsə: dövlət qeydiyyat nişanı yenisi ilə əvəz olunduqda əlavə 30 AZN rüsum ödənilir.
Texniki baxışın vaxtı çatıbsa: müddəti bitmiş və ya vaxtı çatmış texniki baxış üçün əlavə 30 AZN rüsum tətbiq olunur.
Utilizasiya haqqı: nəqliyyat vasitəsinin istehsal ilinə görə qanunvericiliklə müəyyən edilmiş utilizasiya haqqı yalnız texniki baxış zamanı hesablanır.
Cədvəllərə göz gəzdirərək, avtomobilinizin istehsal ili və mühərrik həcminə uyğun gələn dəqiq rüsumu rahatlıqla təyin edə bilərsiniz.
Hörmətlə...
Mənbə: Dövlət Rüsumu haqqında qanun.
Maddə 18.65.3-1 və Maddə 19.5, Qanuna zidd