Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

highlawyer

Yeni istifadəçi
Hüquqşünas
Qoşulub
23 Fevral 2026
Mesajlar
10
Cinayətin obyekti – cinayət hüquq normaları ilə kriminal qəsdlərdən qorunan ictimai münasibətlərdir. Cinayət hüququ xüsusi xarakterli – dövlətlə cinayət törətməkdə təqsirli olan şəxs arasında kriminal əməlin törədilməsilə bağlı yaranan münasibətləri tənzim edir.

Cinayət Məcəlləsinnin 2-ci maddəsində cinayət qanununun kriminal qəsdlərdən qoruduğu obyektlərin siyahısı verilmişdir. Orada qeyd edilir: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir”.

Qanunla qorunan ictimai münasibətlər həmişə normativ xarakterdə olur və ictimai münasibətlərin iştirakçılarının
hüquq və vəzifələri formasında ifadə olunur. Cinayətin obyekti olan ictimai münasibətlərin aşağıdakı tərkib ünsürləri vardır:

  1. ictimai münasibətlərin predmeti. İctimai münasibətlərin predmeti – elə dəyərlərdir ki, bununla bağlı subyektlər arasında əlaqə və münasibətlər yaranır;
  2. İctimai münasibətlərin subyektləri – predmetlə bağlı münasibətə girən tərəflərdir (hüquqi və fiziki şəxslər);
  3. İctimai münasibətlərin məzmunu. Predmetlə bağlı subyektlərin qarşılıqlı əlaqələri (hüquq və vəzifələri) ictimai münasibətin məzmununu müəyyən edir.
Cinayət hüquq nəzəriyyəsində cinayətin obyektlərinin ümumi, xüsusi və bilavasitə növləri fərqləndirilir. Cinayətin ümumi obyekti – cinayət hüquq normaları ilə qorunan ictimai münasibətlərdir. Cinayətin ümumi obyekti anlayışı konkret obyektlərin tipik əlamətlərini ayırıb ümumiləşdirməklə yaradılır. Hər bir ümumi konkretlər vasitəsilə yaşayır, konkretlərdə ümumi cəhət vardır. Bu mənada ümumi obyekt bütün konkret cinayətlər üçün vahid obyektdir. Cinayətin ümumi obyekti cinayət hüququnun təbiətini və sosial-siyasi məzmununu açmağa imkan verir.

Cinayətin xüsusi obyekti– cinayət hüquq normaları ilə qorunan, bir-biri ilə qarşılıqlı əlaqədə olan bircinsli ictimai münasibətlər qrupudur. CM-nin maddələrində cinayətlərin xüsusi obyektləri əsasən sadalanır. Bura respublikanın ictimai quruluşu, respublikanın siyasi və iqtisadi sistemi, mülkiyyət, şəxsiyyət və s. aiddir. Xüsusi obyekt cinayətin ümumi obyektini konkretləşdiri. Əslində Cinayət Məcəlləsinin Xüsusi hissəsinin fəsillərə bölgüsü xüsusi obyektlərə görə aparılmışdır. Obyektiv və subyektiv cəhətlərinə, hətta subyektlərinə görə bir-birindən fərqlənən cinayətlər əgər eyni xarakterli ictimai münasibətlərə qəsd edirsə, belə əməllərə görə eyni məsuliyyət müəyyən edən normalar bir fəsiulə daxil edilir. Cinayətin xarakteri onun keyfiyyət tərəfinin göstəricisidir və bu da xüsusi obyektə görə müəyyən edilir.

Bundan başqa xüsusi obyektin praktiki əhəmiyyəti vardır. Cinayətin tövsifi zamanı hər bir konkret halda bu əməlin ziyan yetirdiyi müəyyən qrup ictimai münasibətlər aydınlaşdırılır və bundan sonra cinayətin biləvasitə obyekti müəyyən edilir.

Cinayətin bilavasitə obyektixüsusi obyektin hissəsidir. Ayrı-ayrı cinayətlərin qəsd etdiyi ictimai münasibətlərin konkretləşdirilməsində biləvasitə obyekt anlayışından istifadə edilir. Bilavasitə obyekt – bu və ya digər əməlin qəsd etdiyi konkret ictimai münasibətdir. Xüsusi obyektə qəsd edən bütün cinayətlərin ayrı-ayrılıqda bilavasitə obyekti vardır.

Bəzən törədilən cnayətdən bir sıra ictimai münasibətlər ziyan şəkə bilər. Soyğunşuluq cinayətində zərərçəkənin səhhətinə də ziyan yetirilə bilər. Lakin burada səhhətin ziyan çəkməsi oğurluq cinayəti üçün tipik hal deyildir, təsadüfi haldır. Oğurluq cinayətində bilavasitə obyekt dövlət, bələdiyyə və yaxud da xüsusi mülkiyyətdir. Əgər cinayətdən iki və yaxud da daha artıq ictimai münasibət ziyan çəkirsə — belə cinayətlər ikiobyektli, yaxud da çoxobyektli cinayətlər adlandırılır. Qeyd edilən qəbildən olan cinayətlərlə bilavasitə obyekt əsas, digər bilavasitə obyekt isə əlavə obyekt adlandırılır. Əsas obyekt xüsusi obyektin hissəsi olan ictimai münasibətdir. Cinayətdən ictimai münasibətin əsasən bu hissəsi ziyan çəkir. Odur ki, xüsusi obyektin hissəsi kimi əsas bilavasitə obyektə görə cinayətlər Xüsusi hissəsin bu və ya digər fəslinə daxil edilir. Məsələn, quldurluq cinayətində mülkiyyətlə yanaşı şəxsiyyət də ziyan çəksə də, lakin əsas bilavasitə obyekt mülkiyyət münasibətləri olduğundan məlum norma şəxsiyyət əleyhinə olan cinayətlər fəslinə deyil, mülkiyyət əleyhinə olan cinayətlər fəslinə daxil edilir. Əlavə bilavasitə obyekt — əsas bilavasitə obyektlə yanaşı cinayətdən ziyan çəkən ictimai münasibətdir. Əlavə obyekt əsas bilavasitə obyektlə birlikdə ziyan çəkir, əsas obyektlə birlikdə cinayətin mahiyyətini müəyyən edir.

Əlavə obyekt zərurifakultativxarakterdə də ola bilər. Zəruri əlavə obyekt əsas bilavasitə obyektlə yanaşı həmişə mövcud olur. Məsuliyyətin həllində əsas bilavasitə obyektlə yanaşı zəruri obyekt də müəyyən edilməlidir. Zəruri əlavə obyektdən fərqli olaraq cinayət məsuliyyətinin həllində əlavə fakultativ obyektin müəyyən edilməsi tələb olunmur. Cinayət törədərkən əlavə fakultativ əlavə obyekt bir halda mövcud ola bilər, digər halda isə mövcud olmaya da bilər. Məsələn, CM-in 250-ci maddəsi suyun çirkləndirilməsinə görə məsuliyyət nəzərdə tutulur. Dispozisiyada suyun çirkləndirilməsi ilə yanaşı digər baş verə biləcək nəticələr alternativ formada müəyyən edilmişdir. Burada suyun çirkləndirilməsi ilə yanaşı digər alternativ hallar da baş verə bilər., bitki və həyvanlar aləmi də ziyan çəkə bilər. Burada sudan istifadə qaydaları əsas biləvasitə obyekt, bitki örtüyünün və heyvanlar aləminin təhlükəsizliyi isə əlavə fakultativ obyekt olacaqdır.

Əlavə zəruri obyekt (əsas bilavasitə obyektlə yanaşı) cinayətin tövsifinə təsir göstərdiyi halda, əlavə fakultativ obyekt tövsif üçün əhəmiyyət kəsb etmir, ancaq cəza təyinində nəzərə alına bilər.
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar