
Tibb hüququ” dərs vəsaiti Azərbaycan Respublikasında tibb sahəsində yaranan hüquqi münasibətlərin kompleks şəkildə öyrənilməsinə həsr olunmuş elmi-praktiki mənbədir. Vəsait Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Hüquqları İnstitutunun nəşridir və mövcud milli qanunvericilik, elmi-nəzəri yanaşmalar və beynəlxalq təcrübə əsasında hazırlanmışdır.
Vəsait hüquqşünaslar, həkimlər, tibb müəssisələrinin hüquq xidmətləri, tələbələr və tibb hüququ üzrə ixtisaslaşmaq istəyən mütəxəssislər üçün praktik əhəmiyyətə malikdir. Kitab tibbi fəaliyyətlə bağlı mübahisələrin hüquqi qiymətləndirilməsi üçün mötəbər istinad mənbəyi kimi istifadə oluna bilər.
Həmin vəsaitdə tibb hüququnun anlayışı, predmeti və hüquq sistemi içində yeri, vətəndaşların sağlamlıq hüququ və yaşamaq hüququ, pasiyent hüquqları (milli və beynəlxalq səviyyədə), həkimlərin və tibb işçilərinin hüquqi statusu, pasiyent hüquqlarının pozulmasına görə məsuliyyət, sanitar-epidemioloji təhlükəsizlik, orqan və toxuma transplantasiyasının hüquqi əsasları, icbari tibbi sığorta sistemi, həkim səhvi və onun hüquqi nəticələri, məlumatlı razılıq, reproduktiv hüquqlar, palliativ yardım, beynəlxalq tibb hüququna dair mövzulara yer verilmişdir.