Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Boşanma ilə bağlı sual

KonulA

Yeni istifadəçi
Vətəndaş
Qoşulub
18 İyul 2026
Mesajlar
1
Salam.
Mən ərimlə hal-hazırda xarici ölkədə yaşayırıq. 5 il əvvəl Azərbaycanda evlənmişik. Bölünəcək mülk, maşın və s. yoxdur. Övladımız da yoxdur. Psixoloji və fiziki şiddət səbəbindən boşanmaq istəyirəm. Qarşılıqlı razılaşma ilə boşanmaq istəmir. Deyir get məhkəmələrdə sürün. Bu situasiyada mən vəkilə etibarnamə verməliyəm, məhkəməyə müraciyət etməliyik özü də işləmədiyim təqdirdə. Məhkəmədə təbii ki özü iştirak etməyəcək, nümayəndəsi də olmayacaq. Mən boşanmaq ərizəmdə vəkil və etibarnamə xərcini ərim ödəsin deyə tələb qoya bilərəm? Yalnız məhkəmənin rüsumunu özüm ödəyəcəm. Çünki boşanmanı Mən seçmişəm.
Və mütləq mənim vəziyyətimdə əvvəlcə mediasiyaya müraciət olunmalıdır?
 
Sonuncu redaktə edən moderator:

Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
233
Sayt
huquqlar.az
Salam.
Mən ərimlə hal-hazırda xarici ölkədə yaşayırıq. 5 il əvvəl Azərbaycanda evlənmişik. Bölünəcək mülk, maşın və s. yoxdur. Övladımız da yoxdur. Psixoloji və fiziki şiddət səbəbindən boşanmaq istəyirəm. Qarşılıqlı razılaşma ilə boşanmaq istəmir. Deyir get məhkəmələrdə sürün. Bu situasiyada mən vəkilə etibarnamə verməliyəm, məhkəməyə müraciyət etməliyik özü də işləmədiyim təqdirdə. Məhkəmədə təbii ki özü iştirak etməyəcək, nümayəndəsi də olmayacaq. Mən boşanmaq ərizəmdə vəkil və etibarnamə xərcini ərim ödəsin deyə tələb qoya bilərəm? Yalnız məhkəmənin rüsumunu özüm ödəyəcəm. Çünki boşanmanı Mən seçmişəm.
Və mütləq mənim vəziyyətimdə əvvəlcə mediasiyaya müraciət olunmalıdır?
Salam. Əgər qarşı tərəf boşanmağa razı deyilsə, boşanma məhkəmə qaydasında olacaq. Bunun üçün də əvvəlcə mediasiya prosesindən keçmək mütləqdir. Siz vəkil xidmətindən istifadə edəcəksinizsə, həm vəkil xərcini həm də mediasiya və məhkəmə rüsumunu siz ödəməli olursunuz. Amma həm vəkilə ödədiyiniz xidmət haqqını, həm də mediasiya və məhkəmə üçün ödədiyiniz rüsumları qarşı tərəfdən məhkəməyə müraciət edəndə iddia ərizəsində göstərməklə tələb edə bilərsiniz. Vəkil xidməti üçün 055 653 98 41 (zəng/whatsapp) nömrəsi üzərindən əlaqə saxlaya bilərsiniz.
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar