Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən uşaq valideynlərindən biri ilə ölkədən getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Uşağın xarici ölkəyə getməsinə ata və ya ana razılıq vermədikdə, həmin məsələ məhkəmənin qərarı əsasında həll edilir.
Bunun üçün əvvəlcə mediasiya təşkilatına ərizə ilə müraciət olunmalıdır. Mediasiya prosesində valideynlər arasında uşağın xarici ölkəyə getməsi barədə razılıq əldə olunmadıqda, iddia ərizəsi ilə qarşı tərəfin qeydiyyat yeri üzrə məhkəməyə müraciət edilməlidir.
Mediasiya xərci 60 manat, məhkəmə rüsumu 50 manat təşkil edir.