Salam. Artıq 3 ildir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində cinayət işimiz üzrə məhkəmə prosesi davam edir. Bu müddət ərzində açıq-aşkar zaman süründürməçiliyinə məruz qalmışıq: ümumilikdə 33 məhkəmə iclası təyin edilib, lakin onlardan 22-si heç bir əsaslı səbəb göstərilmədən ləğv olunub/təxirə salınıb. Məhkəmə rəhbərliyindən tutmuş işə baxan hakimlərə qədər prosesin qeyri-obyektiv və sifarişli aparıldığına dair ciddi şübhələrimiz var. Aidiyyatı olan demək olar ki, bütün dövlət qurumlarına müraciət etmişik, dinc toplanmaq hüququmuzdan istifadə edərək məhkəmə binası qarşısında mediaya da açıqlamalar vermişik, lakin heç bir nəticəsi olmayıb.
Bu vəziyyətlə bağlı aşağıdakı suallarıma aydınlıq gətirilməsini xahiş edirəm:
Öncədən təşəkkür edirəm.
Bu vəziyyətlə bağlı aşağıdakı suallarıma aydınlıq gətirilməsini xahiş edirəm:
- Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət etmək üçün ölkə daxilində daha neçə instansiya keçməliyik? (Hazırda iş birinci instansiyadadır).
- Apelyasiya mərhələsi təxminən neçə proses (məhkəmə iclası) çəkir?
- Ali Məhkəmə mərhələsi adətən neçə prosesə yekunlaşır?
- Avropa Məhkəməsində proseslər necə keçir, bizə ilk geri dönüş (şikayətin qeydiyyata alınması) nə qədər müddətə olur və işin tam yekunlaşması ümumilikdə nə qədər vaxt aparır?
Öncədən təşəkkür edirəm.