Bəli. Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə və ya qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri (qərar, qətnamə və icra qeydi) üzrə tutula bilər.
Yəni sizin əmək haqqınızdan ya sizin razılığınız ilə, ya da müvafiq icra sənədləri (qərar, qətnamə, icra qeydi) əsasında bankın xeyrinə pul tutula bilər.
“Notariat haqqında” Qanuna əsasən də borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq icra qeydi aparılmaqla təmin edilə bilər. İcra qeydi olduqda, məhkəmə qərarı olmadan da sizin əmək haqqınızdan pul tutula bilər.
Yəni, icra qeydi məhkəmə qətnaməsinə bərabər hüquqi statusa malik olmaqla icra məmurları tərəfindən borcun tələb edilməsinə əsas verən icra sənədidir.