- Qoşulub
- 31 İyul 2026
- Mesajlar
- 2
aparılır. 2026-cı ilin mart ayından bu ayadək bir şəxsdən iş qurmaq məqsədilə hissə-hissə olmaqla ümumilikdə təxminən 30.000 manat pul almışam. Təəssüf ki, planlaşdırılan iş alınmayıb və maddi çətinlik səbəbindən həmin məbləği vaxtında qaytara bilməmişəm. Bu faktı polisə verdiyim izahatda da etiraf etmişəm. Qarşı tərəf də ərizəsində pulu iş məqsədilə mənə verdiyini və geri ala bilmədiyini qeyd edib. Hazırda zərəri hissə-hissə ödəmək barədə razılığa gəlmişik və borcu tam ödəmək niyyətindəyəm. Şikayətçi bir neçə dəfə şikayətini geri götürmək istədiyini bildirib. Şikayətçinin dediyinə görə, müstəntiq hələlik şikayəti geri götürməməsini və gözləməsini deyib. Mənə bildirilib ki, məsələ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və ya 178.2.4-cü maddəsi ilə qiymətləndirilə bilər. Bu vəziyyətdə hüquqlarımın nədən ibarət olduğunu, bu maddələrin mənə tətbiq olunma ehtimalını, istintaq mərhələsində necə hərəkət etməli olduğumu və zərəri hissə-hissə ödəməyimin hüquqi baxımdan necə qiymətləndiriləcəyini öyrənmək üçün ödənişsiz hüquqi məsləhət almaq istəyirəm. Təşəkkür edirəm.