Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işlədikdən sonra əmələ gəlir. Lakin aşağıdakı işçilər əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan, yəni 6 ay müddət gözləmədən işin birinci ili üçün əmək məzuniyyətindən istifadə edə bilər:
-qadınlar (hamiləliyə və doğuşa görə sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra); 18 yaşına çatmamış işçilər;
-müddətli həqiqi hərbi xidmətdən buraxıldıqdan 3 ay keçənədək işə götürülən işçilərin; əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlər;
hərbi qulluqçu arvadı (əri); təhsil müəssisələrində oxuyan şəxslər - kurs işlərinin və ya imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda; əlilliyi olan şəxslər.