Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Həkim əməliyyat zamanı səhv edib, sağlamlığa zərər dəyib. Dəymiş zərəri kim ödəməlidir?

Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
184
Sayt
huquqlar.az
Belə ki, Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə (əlillik və.s) səbəb olduqda - 2 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin cinayət işləri üzrə istintaqın aparılması prokurorluq orqanlarının səlahiyyətinə daxildir. Bu halda zərərçəkmiş şəxs və ya onun nümayəndəsi ərazi üzrə prokurorluq orqanına müraciət edə bilər.

Həmçinin, həkim işində yol verdiyi səhlənkarlığa görə cinayət məsuliyyəti ilə yanaşı mülki məsuliyyətə də cəlb oluna bilər. Mülki məsuliyyət dedikdə həkimin səhlənkarklığı nəticəsində xəstəyə vurduğu maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi nəzərdə tutulur.

Belə ki, Mülki Məcəllənin 1118.1-ci maddəsinə əsasən, şəxsin sağlamlığına xəsarət yetirildikdə və ya sağlamlığı pozulduqda, ona bu səbəbdən itirdiyi qazanc və müalicə, dərman, əlavə qidalanma, protez, qulluq, sanatoriya, xüsusi nəqliyyat və yeni peşəyə hazırlıq kimi zəruri xərclər ödənilir. Bu xərclərin ödənməsi üçün, zərərçəkənin həmin yardımlara həqiqətən ehtiyacı olduğu və onların pulsuz qarşılanmadığı sübut edilməlidir.
 
Sonuncu redaktə:

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar