Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Duyğu Camalxanova

Yeni istifadəçi
Hüquq Tələbəsi
Qoşulub
16 Oktyabr 2025
Mesajlar
3
Heyvanlarla rəhmsiz rəftar etməyin cəzası nədir?

Heyvanlar aləmi bizim təbiətimizin, həyatımızın və mənəviyyatımızın ayrılmaz hissəsidir. Onların qorunması, onlara qarşı mərhəmət və məsuliyyətlə davranmaq hər bir vətəndaşın borcudur. Heyvanlara qarşı qəddar davranış təkcə mənəvi cəhətdən yox, qanun qarşısında da məsuliyyət yaradan bir əməldir.

Azərbaycan Respublikasının “Heyvanlar aləmi haqqında” Qanunu heyvanların qorunması və onlara qarşı qəddar rəftarın qarşısının alınması məqsədilə qəbul edilmiş mühüm hüquqi sənəddir.

Qanunun 5-ci maddəsində qeyd olunur ki, heyvanlar aləmi obyektləri dövlətin mülkiyyətidir və onların mühafizəsi, artırılması, yetişdirilməsi və saxlanması qanunla tənzimlənir.

Qanunun 53-cü maddəsinə əsasən heyvanlarla rəhmsiz rəftar etmək yəni onlara ağrı, əzab, işgəncə vermək, onları döymək, döyüşdürmək nəticəsində şikəst və ya tələf etmə, rəhmsiz rəftarı nümayiş etdirərək mediada təbliğ etmək və ya açıq çağırışlar etmək məsuliyyətə səbəb olur.

Bundan əlavə, heyvanlara qarşı qəddar rəftarla bağlı məsuliyyət həm Qanunda, həm də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi çərçivəsində nəzərdə tutulub. Məsələn, İXM‐nin 274-cü maddəsində heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə cərimə tədbiri mövcuddur:

fiziki şəxslər üçün - 500 manatdan 1000 manatadək
vəzifəli şəxslər üçün - 1500 manatdan 2000 manatadək
hüquqi şəxslər üçün - 4000 manatdan 5000 manatadək

Bu qanunun məqsədi yalnız heyvanları qorumaq deyil, həm də cəmiyyətdə mərhəmət, empatiya və məsuliyyət hissini formalaşdırmaqdır. Heyvanlar da hiss edən, qorxan, sevən canlılardır. Onlara mərhəmət göstərmək sadəcə borc deyil insanlığın göstəricisidir.

Unutmayaq! Heyvana qarşı zorakılıq, insanlığa qarşı zorakılıqdır. Hər birimiz belə halların şahidi olduqda Daxili İşlər Nazirliyinə və ya bələdiyyə orqanlarına müraciət etməliyik. Birlikdə daha mərhəmətli, daha ədalətli bir cəmiyyət qura bilərik.
 

Rövşən Davidov

Huquqlar.az
Rəhbər
Nəzarətçi
Hüquq Tələbəsi
Qoşulub
8 Sentyabr 2025
Mesajlar
29
Fayfalı məlumata görə çox sağ olun! Mənim fikrimcə, heyvana qarşı hər hansı rəhmsiz rəftar cinayət sayılmalı və Cinayət Məcəlləsinin “Ekoloji cinayətlər” fəsli çərçivəsində yeni maddə kimi əlavə edilməlidir.
 

Renat Məmmədsoy

Moderator
Rəhbər
Nəzarətçi
Hüquq Tələbəsi
Qoşulub
6 Fevral 2026
Mesajlar
13
Fayfalı məlumata görə çox sağ olun! Mənim fikrimcə, heyvana qarşı hər hansı rəhmsiz rəftar cinayət sayılmalı və Cinayət Məcəlləsinin “Ekoloji cinayətlər” fəsli çərçivəsində yeni maddə kimi əlavə edilməlidir.
Heyvanlara rəhmsiz rəftar heçdə o demək deyil ki, bu cinayət sayılmalıdır. Məncə bunun xeyri də olmaz.
1. Əgər cinayət sayılsa, çox güman cərimə nəzərdə tutulacaq yaxud ictimai/islah işləri. Bu zatən İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub. Bu isə o deməkdir ki, həmin şəxs cəriməni ödəyib, yenidən həmin hərəkəti törədə bilər. Azadlıqdadır.
2. Yox əgər Azadlıqdan Məhrumetməni də nəzərdə tutacaqsa, bu artıq mənasızdır. Nə qədər cəza verəcəksiniz ki heyvanı öldürənə yaxud ona qarşı rəhmsiz rəftar edənə, 1 il? 3 il? 15 il? 20 il? Həbsxanalarda onsuz yer yoxdu cinayətkarları yerləşdirməyə, çoxusu tez bir zamanda çıxır.
Məncə indiki zamanda bu barədə qanunda nə yazılıbsa elə də qalsa yaxşıdır.
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar