Mənzilinizi kirayəyə vermək istəyirsinizsə, əvvəlcə yaşayış sahəsinin kirayəsi müqaviləsini bağlamalı və həmin müqaviləni notarial qaydada təsdiq etdirməlisiniz.
Müqavilə notarial qaydada təsdiq edildikdən sonra hüquqi qüvvəyə malik olur. Təsdiq üçün dövlət rüsumu 35 manat, xidmətə görə tutulan haqq 5.25 manat təşkil edir.
Vergi Məcəlləsinin 124.2-ci maddəsinə əsasən kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs (kirayəçi) tərəfindən ödənildikdə kirayəyə verən (fiziki şəxs) 10 % dərəcə ilə vergini özü ödəyir. Bunun üçün kirayəyə verən vergi uçotuna alınıb bəyənnamə verir. Belə ki, evini 500 manata kirayəyə vermiş şəxs aylıq 50 manat vergi ödəməlidir. Əgər kirayəçi (fiziki şəxs) vergi ödəyici kimi uçotda olarsa, kirayəyə verənə ödənilən kirayə haqqından 10 % dərəcə ilə vergini ödəyir və qalan məbləği də kirayəyə verənə ödəyir.