Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Öz ərizəmlə işdən çıxarılmışam. Buna görə kompensasiya tələb edə bilərəm?

Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
184
Sayt
huquqlar.az
Belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən həmin Məcəllənin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndləri ilə əmək müqaviləsinə xitam verilən işçilərə işəgötürən tərəfindən işdənçıxarma müavinəti ödənilir.

Lakin Əmək Məcəlləsində işçinin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi halında ona işdənçıxarma müavinətinin və ya buna görə kompensasiyanın verilməsi nəzərdə tutulmamışdır.

Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2024-cü il tarixli Qərarına əsasən əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından işdənçıxma müavinətinə aid edilmir və işçi işdən azad olunanda ona bu halda işdənçıxma müavinəti verilmir.
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar