Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Telefon danışıqları və yazışmalar məhkəmədə sübut kimi istifadə oluna bilərmi?

Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
184
Sayt
huquqlar.az
Bəli. Mülki Prosessual Məcəlləyə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallara dair yalnız qanunla müəyyən olunmuş qaydada əldə olunan məlumatlar sübut hesab olunur.

Qanunu pozmaqla əldə olunmuş sübutlar dedikdə, şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə olunan sübutlar nəzərdə tutulur.

Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli Plenum Qərarına əsasən, mübahisənin tərəfləri arasında olan telefon danışıqları və səs yazıları şəxsi toxunulmazlıq hüququnun pozuntusu sayılmır və məhkəmədə sübut qismində qəbul edilə bilər. Belə ki, həmin danışıqlar və yazışmalar mübahisənin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları digər ifadələrindən fərqlənmir.
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar