Salam.Şəxsin cərimə balı 20 bala çatdığına görə sürücülük hüququ 6 ay müddətində məhdudlaşdırılıb,amma sürücülük vəsiqəsini təhvil vermədiyinə görə müddətin axımı başlamayıb.Nəticədə 6 aylıq müddət 14.05.2026-cı il tarixində bitsə də, hazırki tarixdə də məhdudiyyət var kimi görünür.Şəxs bundan məhkəməyə necə şikayət verə bilər? Hansı məhkəməyə, hansı qaydada və müddətdə? Bilmək istəyirəm ki,artıq şikayət müddəti keçibmi?Şəxsin tələbi məhdudiyyət qeydinin silinməsidir.Məhdudiyyət müddəti faktiki olaraq bitdikdən sonra Baş Dövlət Yol Polisinə şikayət edib, amma cavab verilməyib.Bu halda şəxs məhdudiyyət qeydinin silinməsi tələbi ilə inzibati məhkəməyə müraciət edə bilərmi?