Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Sual Sürücülük hüququnun məhdudlaşdırılması qərarından şikayət qaydası

Sualıma cavab axtarıram

......

Yeni istifadəçi
Vətəndaş
Qoşulub
21 Avqust 2026
Mesajlar
3
Salam.Şəxsin cərimə balı 20 bala çatdığına görə sürücülük hüququ 6 ay müddətində məhdudlaşdırılıb,amma sürücülük vəsiqəsini təhvil vermədiyinə görə müddətin axımı başlamayıb.Nəticədə 6 aylıq müddət 14.05.2026-cı il tarixində bitsə də, hazırki tarixdə də məhdudiyyət var kimi görünür.Şəxs bundan məhkəməyə necə şikayət verə bilər? Hansı məhkəməyə, hansı qaydada və müddətdə? Bilmək istəyirəm ki,artıq şikayət müddəti keçibmi?Şəxsin tələbi məhdudiyyət qeydinin silinməsidir.Məhdudiyyət müddəti faktiki olaraq bitdikdən sonra Baş Dövlət Yol Polisinə şikayət edib, amma cavab verilməyib.Bu halda şəxs məhdudiyyət qeydinin silinməsi tələbi ilə inzibati məhkəməyə müraciət edə bilərmi?
 
Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
233
Sayt
huquqlar.az

Salam. Qanunvericiliyin tələbini diqqətinizə çatdırırıq: Bu halda şəxs sürücülük vəsiqəsinin təhvil vermədiyinə görə müddətin axımı dayandırılır.

Belə ki, Yol Patrul Xidməti haqqında Təlimatın 9.6-cı bəndinə əsasən sürücülük hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edildiyi gündən 3 iş günü müddətində hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini müvafiq DYP orqanına təqdim etməlidir. Sürücülük hüququnun məhdudlaşdırılması müddətinin hesablanması üçün DYP orqanı tərəfindən BDYPİ-nin mərkəzi informasiya sistemində qərar qəbul edildiyi gün müvafiq qeyd aparılmalıdır. Sürücülük vəsiqəsi itirildiyi hallarda isə hüququ məhdudlaşdırılmış şəxs 3 iş günü müddətində bu barədə ərizə verməlidir.

Sürücülük hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təqdim etmədikdə hüququn məhdudlaşdırılması müddətinin axımı dayandırılır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır.
 
......

Yeni istifadəçi
Vətəndaş
Qoşulub
21 Avqust 2026
Mesajlar
3
Salam, cavabınız üçün təşəkkür edirəm.Şəxs bildirir ki,sürücülük vəsiqəsinin təhvil verilməsi ona izah edilməyib,bu barədə məlumatı olmayıb.Ona görə də bununla razılaşmır, hüququnun pozulduğunu iddia edir və məhdudiyyət qeydinin silinməsi tələbi ilə məhkəməyə müraciət etmək istəyir.Bilmək istəyirdim ki,bu halda o inzibati məhkəməyə müraciət etməlidir, yoxsa inzibati xəta üzrə icraat qaydasında rayon məhkəməsinə?
 
Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
233
Sayt
huquqlar.az
Salam, cavabınız üçün təşəkkür edirəm.Şəxs bildirir ki,sürücülük vəsiqəsinin təhvil verilməsi ona izah edilməyib,bu barədə məlumatı olmayıb.Ona görə də bununla razılaşmır, hüququnun pozulduğunu iddia edir və məhdudiyyət qeydinin silinməsi tələbi ilə məhkəməyə müraciət etmək istəyir.Bilmək istəyirdim ki,bu halda o inzibati məhkəməyə müraciət etməlidir, yoxsa inzibati xəta üzrə icraat qaydasında rayon məhkəməsinə

Salam, cavabınız üçün təşəkkür edirəm.Şəxs bildirir ki,sürücülük vəsiqəsinin təhvil verilməsi ona izah edilməyib,bu barədə məlumatı olmayıb.Ona görə də bununla razılaşmır, hüququnun pozulduğunu iddia edir və məhdudiyyət qeydinin silinməsi tələbi ilə məhkəməyə müraciət etmək istəyir.Bilmək istəyirdim ki,bu halda o inzibati məhkəməyə müraciət etməlidir, yoxsa inzibati xəta üzrə icraat qaydasında rayon məhkəməsinə?
Rayon məhkəməsinə
 
Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar