Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Sual Atamın kredit borcunu zamin olmayan anamın maaşından tuturlar – nə edə bilərik?

Sualıma cavab axtarıram

f3rid

Yeni istifadəçi
Vətəndaş
Qoşulub
3 May 2026
Mesajlar
1
Salam hər kəsə. Bir problemimiz var, məsləhətə ehtiyacım var.

Atam vaxtı ilə bankdan kredit götürüb, indi ödəməyib deyə iş məhkəməyə düşüb. Amma qəribə odur ki, icra məmuru anamın iş yerinə məktub göndərib ki, borcu onun maaşından tutsunlar.

Anam nə zamin durub, nə də bu kreditlə bir əlaqəsi var. Məhkəmə qərarında da borclu kimi ancaq atamın adı yazılıb. Amma icra məmuru nədənsə anamın adını yazıb göndərib ki, 25% maaşından tutulmalıdır.

Anam cəmi 350 manat maaş alır, ondan da 25% çıxanda dolanmağa pulu qalmır. Üstəlik, indi valideynlərim boşanma ərəfəsindədirlər.

Zamin durmayan, sənəddə adı olmayan adamın maaşından borc tutula bilərmi? Bu vəziyyətdə nə etmək olar, hara şikayət edək ki, bu tutulmanı dayandırsınlar? Bilən varsa, kömək etsə şad olaram. Qabaqcadan təşəkkürlər.
 

Əlavələr

  • WhatsApp Image 2026-04-28 at 15.08.12 (1).jpeg
    WhatsApp Image 2026-04-28 at 15.08.12 (1).jpeg
    152.1 KB · Baxışlar: 6
  • WhatsApp Image 2026-04-28 at 15.08.12.jpeg
    WhatsApp Image 2026-04-28 at 15.08.12.jpeg
    139.8 KB · Baxışlar: 4

Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
184
Sayt
huquqlar.az
Salam hər kəsə. Bir problemimiz var, məsləhətə ehtiyacım var.

Atam vaxtı ilə bankdan kredit götürüb, indi ödəməyib deyə iş məhkəməyə düşüb. Amma qəribə odur ki, icra məmuru anamın iş yerinə məktub göndərib ki, borcu onun maaşından tutsunlar.

Anam nə zamin durub, nə də bu kreditlə bir əlaqəsi var. Məhkəmə qərarında da borclu kimi ancaq atamın adı yazılıb. Amma icra məmuru nədənsə anamın adını yazıb göndərib ki, 25% maaşından tutulmalıdır.

Anam cəmi 350 manat maaş alır, ondan da 25% çıxanda dolanmağa pulu qalmır. Üstəlik, indi valideynlərim boşanma ərəfəsindədirlər.

Zamin durmayan, sənəddə adı olmayan adamın maaşından borc tutula bilərmi? Bu vəziyyətdə nə etmək olar, hara şikayət edək ki, bu tutulmanı dayandırsınlar? Bilən varsa, kömək etsə şad olaram. Qabaqcadan təşəkkürlər.
Salam. Əgər məhkəmə qətnaməsində ananız atanızla bərabər birgə borclu olaraq qeyd edilməyibsə və zamin də deyildirsə, tutulmanın ananızın əmək haqqına yönəlməsi qanunsuzdur. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilərsiniz.
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar