Salam hər kəsə. Bir problemimiz var, məsləhətə ehtiyacım var.
Atam vaxtı ilə bankdan kredit götürüb, indi ödəməyib deyə iş məhkəməyə düşüb. Amma qəribə odur ki, icra məmuru anamın iş yerinə məktub göndərib ki, borcu onun maaşından tutsunlar.
Anam nə zamin durub, nə də bu kreditlə bir əlaqəsi var. Məhkəmə qərarında da borclu kimi ancaq atamın adı yazılıb. Amma icra məmuru nədənsə anamın adını yazıb göndərib ki, 25% maaşından tutulmalıdır.
Anam cəmi 350 manat maaş alır, ondan da 25% çıxanda dolanmağa pulu qalmır. Üstəlik, indi valideynlərim boşanma ərəfəsindədirlər.
Zamin durmayan, sənəddə adı olmayan adamın maaşından borc tutula bilərmi? Bu vəziyyətdə nə etmək olar, hara şikayət edək ki, bu tutulmanı dayandırsınlar? Bilən varsa, kömək etsə şad olaram. Qabaqcadan təşəkkürlər.