Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
184
Sayt
huquqlar.az
Hər bir müəssisə işçilərin attestasiyasını keçirə bilər. Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən aşağıdakı işçilər attestasiyadan azaddırlar:

-vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər;

-Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər;

-bir vəzifədə 5 ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər;

-hamilə qadınlar; yaşı 18-dən az olan işçilər;

-uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);

-bir vəzifədə faktik olaraq 1 ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə azı 3 dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər;

-kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər;

-“Təhsil haqqında” Qanuna əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər.
 

Rövşən Davidov

Huquqlar.az
Rəhbər
Nəzarətçi
Hüquq Tələbəsi
Qoşulub
8 Sentyabr 2025
Mesajlar
35
Salam, Ülkər xanım, təhsilverənlər işə qəbul olunduqdan sonra 3 il ərzində sertifikatlaşdırmaya cəlb edilmirlər, həmdə indi 60 və daha yuxarı yaşda olan şəxslər üçün sertifikatlaşdırmada iştirak könüllü sayılır (67-2 ƏM). Belə xüsusi normaların olması Əmək məcəlləsinin tənzimləmənin hərtərəfliyini göstərir,məncə bu çox müsbət haldır
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar