Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

işçi

  1. Ülkər Həmidli

    Müqavilə olmadan 6 ay işləmişəm. Amma maaşımı ala bilmirəm. Qanun nə deyir?

    Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə həm Vergi Məcəlləsinin 58.10-cu maddəsinə, həm...
  2. Ülkər Həmidli

    Əmək haqqının verilməsi istirahət gününə düşür. Qanun nə deyir?

    Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. Belə ki, əgər əmək haqqının verilməsi günü istirahət gününə...
  3. Ülkər Həmidli

    Müdir gecə vaxtı işçini işə cəlb edir. Əlavə əmək haqqı almalıdır?

    Bəli. Əmək Məcəlləsinin 97-ci maddəsinin 1-ci bəndinə əsasən saat 22-dən səhər saat 6-ya qədər olan müddət gecə vaxtı sayılır. AR Nazirlər Kabinetinin "Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə" 5 aprel 2001-ci il tarixli...
  4. Ülkər Həmidli

    İşçi məzuniyyətdə olduğu halda müdir onu işdən çıxara bilərmi?

    Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən məzuniyyətdə olan müddət ərzində işçilərin işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri həmin...
  5. Ülkər Həmidli

    Müdir işçiyə məcburi ərizə yazdıraraq onu işdən çıxara bilər?

    Əgər işəgötürən işçini öz ərizəsi ilə əmək müqaviləsinə xitam verməyə məcbur edirsə, bu hal inzibati məsuliyyətə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər...
  6. Ülkər Həmidli

    Müdir işçini əmək müqaviləsi olmadan işlədir. Bunun məsuliyyəti nədir?

    İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən əmək müqaviləsi olmadan fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə işəgötürən fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər...
  7. Ülkər Həmidli

    Hansı işçilər attestasiyadan azaddır?

    Hər bir müəssisə işçilərin attestasiyasını keçirə bilər. Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən aşağıdakı işçilər attestasiyadan azaddırlar: -vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş...
  8. Ülkər Həmidli

    Müdir maaşın verilməsini gecikdirirsə, işçi nə edə bilər?

    Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində ödənc verilməlidir. İşəgötürən həmin ödənişi könüllü olaraq vermədikdə işçi, hüququnun pozulduğunu aşkar etdiyi...
  9. Ülkər Həmidli

    İşdən çıxarılmışam. İşə necə bərpa ola bilərəm? (Əmək Məcəlləsinin - 70-ci maddənin "ç" bəndinə əsasən)

    İşəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin əmək müqaviləsinə xitam verilərkən onun yol verdiyi konkret pozuntular sübutlarla təsdiqlənməlidir. Yəni işdən azad etmə əmrində sadəcə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə istinad etməklə kifayətlənmək...

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar