Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

İşçi məzuniyyətdə olduğu halda müdir onu işdən çıxara bilərmi?

Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
184
Sayt
huquqlar.az
Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən məzuniyyətdə olan müddət ərzində işçilərin işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri həmin Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi (əmək müqaviləsinin müddətinin bitməsi) ilə xitam verilən hallara şamil edilmir.

Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən müəssisə ləğv edildikdə işçi məzuniyyətdə olsa da, əmək müqaviləsinə xitam verilir.

Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsasən isə işçinin müəyyən üzrlü səbəbdən (məsələn, xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda işçi yazılı formada xəbərdar edilmişdirsə, həmin müqaviləyə işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər.
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar