Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Müdir işçini əmək müqaviləsi olmadan işlədir. Bunun məsuliyyəti nədir?

Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
184
Sayt
huquqlar.az
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən əmək müqaviləsi olmadan fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə işəgötürən fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir.

Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə əsasən əmək müqaviləsi olmadan xeyli sayda (10 nəfər və ondan çox olan işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi 7000 manatdan 10000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 162-1.2-ci maddəsinə əsasən eyni əməli təkrar törədən şəxslər 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Əgər işəgötürən əmək müqaviləsi olmadan sizi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edirsə, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə və Prokurorluq orqanlarına şikayətinizi bildirə bilərsiniz.
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar